Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 10:04

Yunanıstan və İtaliya arısında qaz kəmərinin inşasına dair protokol imzalanıb


Kəmərin inşasına 2008-ci ildə başlanacaq
Kəmərin inşasına 2008-ci ildə başlanacaq

Yanvarın 31-də Yunanıstan və İtaliya arısında qaz boru kəmərinin inşasına dair protokol imzalanıb. Kəmər 2011-ci ildə Avropa Birliyinə üzv ölkələrin Türkiyə vasitəsilə Xəzər dənizi hövzəsinə çıxışını təmin etməlidir. Bunu Yunanıstanın İnkişaf naziri Dmitris Sioufas italiyalı həmkarı ilə danışıqlardan sonra bildirib.


Yunanıstanın qərbini İtaliyanın cənubu ilə birləşdirəcək kəmərin 220 kilometri Adriatik dənizinin dibi ilə çəkiləcək. Kəmərin inşasına 2008-ci ildə başlanacaq.


Kəmər yaxınlarda inşa edilmiş Türkiyə-Yunanıstan boru xəttinə birləşdiriləcək.


Türkiyə-Yunanıstan boru xətti bu ilin ortalarında işə salınacaq. İyun ayından etibarən həmin kəmər Azərbaycan və başqa Xəzəryanı ölkələrin təbii qazını İtaliya və Avropa ölkələrinə daşıyacaq.


XS
SM
MD
LG