ATƏT-in Bakı Ofisi və təşkilatın Mətbuat Azadlığı üzrə nümayəndəsi Azərbaycanda jurnalistlərın həbsi ilə əlaqədar yeni hallardan öz narahatlıqlarını bildiriblər. «Note-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun həbsinə diqqət çəkən ATƏT-in Bakı Ofisinin fəaliyyətdə olan rəhbəri Robin Sivord: «Mən təəccüblənirəm ki, bu məsələ üzrə iki il həbs cəzası verilib və çox narahatam ki, prezidentin alqışla qarşılanan böhtan hüququnun jurnalistlərə qarşı işlədilməməsi müraciəti diqqətdən kənarda qalmışdır» .
Cənab Sivord hesab edir ki, bu cür sərt addımlar jurnalistlərin peşəkarlığının artmasına kömək etməyəcək və yalnız özünüsenzura xorasının inkişafına xidmət edəcək.
R.Sivord deyib ki, böhtan, diffomasiya və təhqiri mülki hüquq sahəsinə köçürən əsaslı hüquqi dəyişikliklər təqdim olunmayana qədər, jurnalistlərin məhkəmə ittihamı ilə hədələnməsi davam edəcək.
ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Miklos Haraştı: «Mən Azərbaycanda jurnalistlərin fəaliyyətinin kriminallaşdırılmasının davam etməsi xəbərlərini eşitməkdən kədərlənirəm. Heç vaxt jurnalistlərin məhkəmə vasitəsi ilə nizam-intizama gətirilməsi yüksək professionalizm ilə nəticələnməmişdir, əksinə, bu, həmişə cəmiyyətdə fikir mübadiləsi azadlığını boğmüşdur. Üstəlik, beynəlxalq standatlara ziddir».