Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Müsavat Məmməd Əmin Rəsulzadənin doğum gününü andı


M.Ə.Rəsulzadə 1884-cü il yanvar 31-də Bakıda ruhani ailəsində anadan olub
M.Ə.Rəsulzadə 1884-cü il yanvar 31-də Bakıda ruhani ailəsində anadan olub

Yanvarın 31-i Müsavat partiyasının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önündə mitinq keçiriblər. Mitinqdə M.Ə.Rəsulzadənin Azərbaycanın istiqlal tarixində rolundan bəhs ediblər. Ancaq, hazırda ona layiqincə qiymət verilmədiyi bildirilib. Müsavat başqanı İsa Qəmbər M.Ə.Rəsulzadənin unudulmasının yolverilməz olduğunu söyləyib və əlavə edib ki, o, bütün ömrünü Azərbaycanın istiqlalına həsr edib.
Mitinq başa çatdıqdan sonra aksiya iştirakçıları M.Ə.Rəsulzadənin Novxanı kənd qəbiristanlığında dəfn olunmuş atası Hacı Molla Ələkbərin və digər yaxınlarının məzarını ziyarət ediblər.


Müsavat partiyasının ilk lideri M.Ə.Rəsulzadə 1884-cü il yanvar 31-də Bakıda ruhani ailəsində anadan olub. 1922-ci ildən onun mühacirət həyatı başlayıb. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşayıb, Azərbaycan istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1955-ci ilin mart ayında M.Ə.Rəsulzadə Ankara şəhərində vəfat edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG