Yanvarın 30-da ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörs Səhiyyə Nazirliyinin Homeotologiya İnstitutunda qan verib. Xanım Enn Dörs deyib ki, vaxtı ilə İraqda yaşadığından Aşura Gününün mənasını çox gözəl başa düşür. O, bildirib ki, bu gün müsəlmanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Xanım Enn Dörs daha sonra deyib: «Mən eşitdim ki, Azərbaycanda Aşura Günü insanlar qan verirlər və bununla qana ehtiyacı olan insanlara kömək etmək istəyirlər. Bu məni çox təsirləndirdi».
Diplomatın sözlərinə görə, məhz bu gün üçün göstərilən şəfqət, insanpərvəlik bu aksiyada çox gözəl ehtiva olunur. O, ABŞ-da da belə dəyərlərə çox böyük üstünlük verildiyini bildirib. Səfirin bu aksiyanı Azərbaycan mədəniyyətindəki humanizmin çox gözəl göstəricisi kimi qiymətləndirib. Enn Dörsi Aşura Gününün məhz belə qeyd edilməsini çox gözəl adət adlandırıb.