Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

Neft Fondunun 2007-ci il üçün planları açıqlandı


Şahmar Mövsümov deyir ki, bu il yanvarın 1-nə fondun aktivləri 1 milyard 268 milyon manat olub
Şahmar Mövsümov deyir ki, bu il yanvarın 1-nə fondun aktivləri 1 milyard 268 milyon manat olub

2007-ci ildə Dövlət Neft Fondunun vəsaitlərindən qaçqın və məcburi köçkünlərin mənzil və kommunal şəraitinin yaxşılaşdırılması üçün 124 milyon manat ayrılıb. Bunu yanvarın 30-da mətbuat konfransı keçirən Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib. Onun sözlərinə görə, bu il fondun vəsaitləri hesabına Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması işləri davam etdiriləcək.


Cənab Mösvümov bildirdi ki, 2007-ci il yanvarın 1-nə fondun aktivləri 1 milyard 268 milyon manata yaxın olub. İcraçı direktorun sözlərinə görə, 2006-cı il ərzində fondun büdcə gəliri təqribən 985, büdcə xərcləri isə 981 milyon manat təşkil edib: «Ötən il də fondun müəyyən xərcləri qaçqın və məcburi köçkünlərin problemlərinə yönəlib. Bu məbləğ təqribən 110 milyon manata yaxındır». Bundan başqa Oğuz-Qəbələ zonasından Bakıya su çəkilişlərinə 82 milyon, Samur-Abşeron suvarma sisteminin yaxşılaşdırılmasına 37 milyon manat xərclənib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG