Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Yasamalda partlayış olub


Hadisə ilə əlaqədar təhqiqat aparılır
Hadisə ilə əlaqədar təhqiqat aparılır

Yanvarın 30-u saat 10:21-də Yasamal rayonu V.Ağayev küçəsi 115-də, 1958- ci təvəllüdlü Qurbanov Əli Bayram oğluna məxsus «Dönüş» MTK şirkəti tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış üçün nəzərdə tutulan, ümumi sahəsi 900 kv.m. olan 2-ci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib. Patlayış nəticəsində 2-ci mərtəbənin aynabəndi 4 kv.m. sahədə uçub, asma tavan 200 kv.m. sahədə deformasiyaya uğrayıb, qapı-pəncərə şüşələri sınıb.


Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsinin məlumatına görə, hadisə zamanı tikintidə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Həşimov Qurban Maksud oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar təhqiqat aparılır.


Yanvarın 30-da həmçinin Əzizbəyov rayonunun Pirallahı adasının Təzə qəsəbəsi S.Vurğun küçəsi, döngə-2, ev-5, mənzil-1-də də yanğın baş verib. Yanğın nəticəsində 1919-cu il təvəllüdlü Andreyanova Proskoviya Alekseyevnaya məxsus, ümumi sahəsi 46 kvadrat metr olan iki otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadrat metr sahədə yanıb.


Yanğın zamanı müxtəlif xəsarətlər almış P.Andreyanova xəstəxanaya yerləşdirilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG