Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 15:27

Bir neçə gündəlik qəzet satış qiymətini qaldırır


Fevralın 1-dən «Azadlıq» və daha bir neçə gündəlik qəzet satış qiymətini 20 qəpikdən 30 qəpiyə qaldıracaq. Bu barədə «Azadlıq» radiosuna «Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov məlumat verib. O, bu qərarı əsasən, qəzet kağızının qiymətinin qalxması ilə izah edib. Cənab Əhmədovun sözlərinə görə, əgər 2006-cı ilin yanvar ayında bir ton kağızın qiyməti təqribən 600 ABŞ dollarına idisə, indi 800 dollara çatıb.


Azər Əhmədov həmçinin deyir ki, «Azərbaycan» Nəşriyyatı Tarif Şurası yanacaq və bəzi xidmət növlərinin qiymətini qaldırdıqdan bir neçə gün sonra kommunal xərclərin haqqını artırıb. Nəticədə nəşriyyatda yerləşən bütün qəzetlərin icarə haqqı da artırılıb.


XS
SM
MD
LG