Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:51

«Rus dilini bilməsə də olar, ingilis dilini mütləq bilməlidir...»


Valideynlər uşaqlarına məhz ingilis dili keçilməsinin tələb edirlər
Valideynlər uşaqlarına məhz ingilis dili keçilməsinin tələb edirlər

«Dərs saatım azalıb, özü də harda oxumayan uşaqlar var, onları mənə veriblər»- Gəncənin 5 saylı orta məktəb müəlliməsi, 20 ildən çoxdur ki, fars dilindən dərs deyən Mələk Məmmədovanın sözlərinə görə, son bir neçə ildir, ingilis dili istisna olmaqla, digər xarici dil müəllimlərinin dərs saatı ildən-ilə azalır. Mələk müəllimə bunun səbəbini kadr çatışmazlığında yox, valideynlərin ingilis dilinə üstünlük verməsiylə izah edir. 30 saylı orta məktəbin alman dili müəllimi Hicran Əlizadənin də fikrincə, valideynlərin öz uşaqlarına xarici dil kimi məhz ingilis dilinin tədris olunmasını tələb etməsi digər xarici dil müəllimləri arasında işsizlik yaradır: «Valideynlər gəlib deyir ki, əgər uşağımı ingilis dili keçilən sinfə qoymasan onda onu başqa məktəbə aparacağam. Və bu cür tələblər çox olduğundan direktorlar da ingilis dilinə üstünlük verməyə məcbur olurlar. İndi 700-dən çox şagirdin təhsil aldığı bizim məktəbdə alman dili müəlliməsinin 12 saatlıq dərsi var».


Hərçənd Mələk Məmmədova hesab edir ki, bəzən uşağına fars və ya alman dili dərsinin keçirilməsinə etiraz edən valideyn tələbi yerinə yetiriləndən sonra da razı qalmır, çünki ingilis dili tədrisinin səviyyəsi aşağı olur, bəlkə övladı elə alman və ya fars dili tədris olunan sinifdə qalsaydı, məktəbi bitirəndə artıq bir xarici dil bilmiş olardı. Övladının məhz xarici dil kimi ingilis dili keçməsini tələb edən valideyn Nigar Mehdiyeva isə bu dilin daha işlək olduğunu əsas gətirir, onun sözlərinə görə, uşağı hətta rus dilini də bilməsə olar, amma, ingilis dilini bilməsə, iş tapmaqda çətinliklə üzləşər: «Hara gedirsən, ingilis dilini bilib-bilmədiyini soruşurlar. Ona görə də tələb etdim ki, mənim uşağımın sinfində ingilis dili keçirilməsə, onda onu başqa məktəbə göndərərəm».


Təhsil naziri Misir Mərdanov da orta məktəblərdə xarici dillərlə bağlı yaranan problemlə tanışdır. Ancaq nazir hesab edir ki, uşaqların və valideynlərin istəyi daha əsasdır: «Mən indi bir müəllimin xətrinə uşağa zorla fars dilini öyrədə bilmərəm ki... Valideynlərin tələbi, istəyi əsasdır».


Azad Müəllimlər İctimai Birliyinin sədri Məlahət Mürşüdlü Misir Mərdanovun yanaşmasını birtərəfli sayır: «Demokratik təhsil sistemində təbii ki, uşaqların valideynlərin seçimi nəzərə alınır, amma, bu cur yanaşma problemdən çıxış yolu deyil». Onun fikrincə, orta məktəblərdə xarici dillərin tədrisi üçün prinsiplər müəyyənləşdirilməli və digər xarici dillərin də lazımlılığını göstərmək üçün maarifləndirmə işi aparılmalıdır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG