Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

Tanınmış Azərbaycan fəalının ölümlə üzləşdiyi xəbər verilir


Ailəsi Abbas Lisaninin təqribən 40 kiloqram çəki itirdiyi və saçlarının ağardığını bildirib
Ailəsi Abbas Lisaninin təqribən 40 kiloqram çəki itirdiyi və saçlarının ağardığını bildirib

Alınan son məlumata əsasən Ərdəbil həbsxanasında aclıq aksiyasını davam etdirən Abbas Lisaninin həyatı təhlükə altındadır. Məhbus olaraq evini ziyarət etmək hüququnun pozulmasına etiraz edən Lisani Yanvarın birindən aclıq aksiyasına başlayıb. Biradamlıq şaxta kamerada saxlanılan məhbus səhhətinin gərginləşdiyinə baxmayaraq ona aclığı dayandırması üçün müraciət edənlərin hamısına hörmət etdiyini, lakin ölənəcən aclığı dayandırmayacağını bildirib.


Onunla yanvarın 27-də görüşən ailəsi Abbas Lisaninin təqribən 40 kiloqram çəki itirdiyi və saçlarının ağardığını bildirib. Cənab Lisani çətinliklə danışır və hərəkət edir. O, həkim nəzarəti altında deyil və ailəsi Abbas Lisaninin həyatının ciddi təhlükə altında olduğunu deyir.


Yanvarın 28-də bir qrup Azərbaycan ziyalısı Abbas Lisaninin hüquqlarının müdafiəsi istiqamətində müdafiə komitəsi yaratdıqlarını bildiriblər. Bu komitəyə Amerika Birləşmiş Ştatları, Kanada, Norveç, İsveç, Böyük Britaniya və İranda yaşayan beynəlxalq təşkilatlarla iş təcrübəsinə malik insan hüquq müdafiəçiləri, yazarlar, həkimlər və tədqiqatçılar daxildir.


Abbas Lisaninin bir Azərbaycan fəalı, siyasi məhbus və nəhayət bir insan olaraq pozulan hüquqlarının qorunmasını təmin etmək uğrunda fəaliyyət göstərəcəyini bildirən bu komitə Abbas Lisaniyə qarşı İran rejiminin məhv siyasəti yürütdüyünü hesab edir.


Bəyanatda deyilir; “Komitənin üzvləri inanır ki, Abbas Lisaninin mübarizəsi, bu mübarizə yolunda onun və ailəsinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq, Güney Azərbaycanda, İranda və dünyada insanların milli, mədəni hüquqları, söz azadlığı eləcə də yaşamaq haqqının pozulmasına biganə olmayanların etirazını səfərbər etmək vasitəsilə Abbas Lisaninin və onun simasında İrandakı bütün azərbaycanlı və qeyri millətlərdən olan siyasi məhbusların problemlərinin həllinə yardımçı ola bilər. Odur ki, Komitə dünya ictimaiyyətini Abbas Lisaninin öz həyatını hansı məqsədlərlə təhlükə altına atdığı və İran rejiminin öz hüquqları uğrunda dinc mübarizə aparanlara qarşı qeyri-insani davranışı barədə məlumatlandırmağı öz vəzifəsi hesab edir.”
XS
SM
MD
LG