Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:49

İsraildə son 9 ayda ilk terror aktı törədilib


İsrailin Eylat kurort şəhərində terror aktı nəticəsində üç nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Bu, son 9 ayda İsrail ərazisində ilk terror aktıdır.


Partlayışa görə məsuliyyəti üç radikal Fələstin qruplaşması üzərinə götürüb: «İslam Cihadı», «əl-Aksa» Şəhidləri Briqadası və əvvəllər məlum olmayan «Dindarlar ordusu».


Terrorçu-kamikadze bombanı şəhərin izdihamlı rayonlardan birində, bulka dükanında işə salıb.


Şahidlər ölənlərin yerli sakinlər olduqlarını deyirlər, onlar arasında turistlər yoxdur.


Bu arada Qaza sektorunda «Fath» və «Həmas» yaraqlıları arasında toqquşmalar davam edir. Yanvarın 25-dən bəri atışmalarda 30-dək adam həlak olub, 60 nəfər yaralanıb.


XS
SM
MD
LG