Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 18:20

ADP YAP-a siyasi dialoqla bağlı müraciət göndərir


ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, 29 yanvar 2007
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, 29 yanvar 2007

Azərbaycan Demokrat Partiyası (ADP) yanvarın 29-da hakim Yeni Azərbaycan Partiyasına siyasi dialoqla bağlı müraciət göndərəcək. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu «Azadlıq» radiosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, ADP hakim partiyaya tərəflər arasında müzakirə olunacaq mövzuları müəyyənləşdirməyi və işçi qrupların yaradılmasını təklif edəcək.


Sərdar Cəlaloğlu bir-iki günə YAP-dan cavab gözlədiklərini də bildirir.


ADP Ali Məclisi yanvarın 27-də partiyanın siyasi taktikasını dəyişməsi haqda qərar çıxarıb. Bundan sonra onlar hakimiyyətlə siyasi təzyiq dili ilə danışmaq istəmədiklərini, iqtidarı ölkədəki dəyişikliklərə inandırmaq niyyətində olduqlarını bəyan edirlər.


XS
SM
MD
LG