Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

Yanvarın 30-da bir sıra məscidlərdə qanvermə kampaniyası keçiriləcək


Ötən il «Aşura Günü» fevral ayında qeyd olunmuşdu. 9 fevral 2006-cı il
Ötən il «Aşura Günü» fevral ayında qeyd olunmuşdu. 9 fevral 2006-cı il

Yanvarın 30-da Bakıda Təzəpir, Cümə, Əjdər bəy və bir sıra məscidlərdə, ziyarətgahlarda qanvermə kampaniyası keçiriləcək. Bu barədə «Azadlıq» radiosuna Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev deyib. Hacı Akif Ağayev bildirir ki, hər il «Aşura Günü»ndə talasimeyalı və qana ehtiyacı olan başqa xəstələr üçün belə kampaniyalar təşkil olunur.


Ruhani İdarəsi möminlərə müraciət edərək, aşura mərasimlərində onları bədəndən qan çıxarmaqla müşahidə olunan-zəncir döymə və başqa hərəkətlərdən çəkinməyə çağırıb. Hacı Akif Ağayev azyaşlı uşaqların belə mərasimlərdə iştirakının arzu edilmədiyini deyib.


Bu il «Aşura günü» yanvarın 30-na təsadüf edir. Həmin gündə şiə müsəlmanlar VII əsrdə Kərbəla düzündəki döyüşdə qətlə yetirilən imamları yad edirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG