Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 07:41

Bağdadda yüksək vəzifəli şəxs və 5 məktəbli öldürülüb

Bağdadda İraqın Sənaye Nazirliyinin rəhbərlərindən biri – Adel Əbdül-Mehsun əl-Lami qətlə yetirilib.


Hücum İraq paytaxtının qərbində, məmur işə yollanarkən edilib. Yaraqlılar onun avtomobilini atəşə tutublar. Avtomobildə əl-Lami ilə yanaşı, qızı və daha iki nəfər vardı. Onların hamısı həlak olub.


Həmçinin, Bağdadda 5 məktəbli qız minaatanlardan açılan atəşin qurbanı olublar.


İraqdakı ABŞ qoşunlarının komandanlığı bildirib ki, son üç gündə ölkənin müxtəlif rayonlarında 7 Amerika hərbçisi həlak olub.


XS
SM
MD
LG