Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

Ölkədə quşlar arasında qrip yoxdur


Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, yanvar ayında 37 baş çöl, 38 baş ev quşundan, eləcə də 690 təsərrüfatdan götürülmüş nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb. Müayinə zamanı ölkədə «quş qripi» aşkarlanmayıb.


DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, monitorinqin nəticəsi qənaətbəxş olsa da, artıq sabahdan – yanvarın 29-dan yeni monitorinqə başlanacaq.


Dövlət Baytarlıq Xidməti «quş qripi» təhlükəsini nəzərə alaraq əhaliyə növbəti dəfə xəbərdarlıq edir ki, köçəri və çöl quşlarını ovlamasınlar, diri quş almasınlar.


XS
SM
MD
LG