Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:18

Vaşinqtonda müharibə əleyhinə nümayiş olub


Nümayiş ümumilikdə dinc şəraitdə  keçirilib
Nümayiş ümumilikdə dinc şəraitdə keçirilib

Vaşinqtonda Amerika ordusunun İraqdan çıxarılması tələbi ilə nümayiş keçirilib.


Nümayişdə müharibə veteranları, hərbçi ailələri və tanınmış aktyorlar da daxil olmaqla 10 minlərlə adam iştirak edib.


Polislə kiçik toqquşmaları çıxmaq şərtilə nümayiş ümumilikdə dinc şəraitdə keçirilib.


Eyni zamanda, 40-a yaxın adam, o cümlədən İraqda olan əsgərlərin qohumları prezident Corc Buşun siyasətini dəstəkləyən aksiya keçiriblər.


2003-cü ilin martından bu yana İraqda ümumilikdə 3070-ə yaxın Amerika hərbçisi öldürülüb.


XS
SM
MD
LG