Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 09:58

Keniyada ABŞ səfirliyinin iki əməkdaşı qətlə yetirilib

Polisin verdiyi məlumata əsasən, Keniyanın paytaxtı Nayrobinin ətrafında silahlı şəxslər Amerika diplomatik missiyasının avtomobilini saxlayıblar. Maşında beş adam olub. İki qadın – sürücü və sərnişinlərdən biri güllələnib. Öldürülənlərin milliyyəti barədə məlumat verilmir.


Qatillər tutduqları maşında qaçıblar, onların axtarışı aparılır.


XS
SM
MD
LG