Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

ADP siyasi yönümünü dəyişdi


Rəsul Quliyev Ali Məclisin qərarından xəbərdardır
Rəsul Quliyev Ali Məclisin qərarından xəbərdardır

Demokrat Partiyasının Ali Məclisi yanvarın 27-də partiyanın siyasi yönümünü dəyişmək haqda qərar qəbul edib. Bundan sonra ADP radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq tərəfdarı olan siyasi qüvvə kimi çıxış edəcək.


Bu haqda «Azadlıq» radiosuna ADP-nin sədr müavini Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, partiyanın sədri Rəsul Quliyev Ali Məclisin qərarından xəbərdardır. Cənab Cəlaloğlu bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini də istisna etmir.


«Həyatdır, hər şey ola bilər… Uzun müddətdir bu haqda müzakirə gedirdi, Rəsul müəllim də bizim müzakirələrlə mətbuatdan tanış idi. Amma artıq qərar var, azlıq da çoxluqla razılaşa bilər, ya da…»


Sərdar Cəlaloğlu ADP-nin siyasi yönümünü dəyişməsini onunla izah edir ki, indiyədək müxalifətin tutduğu taktika, siyasi təzyiq üsulu bəhrə verməyib, bu üzdən yeni üsullar tapılmalıdır.


O ki qaldı, partiyanın müttəfiqlərinin bu qərarı necə qarşılamasına, Liberal Partiyasının sədr müavini Əvəz Temirxan deyir ki, ADP-nin qərarından xəbərsizdilər. Amma indiki hakimiyyətin konstruktiv və ya qeyri-konstruktiv müxalifətlə dialoq aparmaq niyyəti yoxdur və «Azadlıq» blokunda təmsil olunan partiyalar kimi Demokrat Partiyası da bundan xəbərdardır.


Sərdar Cəlaloğlu isə deyir ki, «Azadlıq» blokunun ötən həftə keçirilən son iclasında bu məsələ müzakirə olunub və bloka üzv partiyaların ciddi iradlarına səbəb olub. Amma ADP hələlik bloku tərk etmək niyyətində deyil və «Azadlıq» bloku sərt qərar qəbul edərsə, ADP bundan sonra bitərəf qalacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG