Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 19:46

Fuad Ələsgərov: «Vətəndaşı saxlamazdan öncə hüquqlarını izah edin»


Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, 27 yanvar 2007
Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, 27 yanvar 2007

Ötən il vətəndaşlardan daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı Prezident Aparatına 723 şikayət daxil olub. Onun 510-u polisin fəaliyyəti ilə bağlıdır.


Bu fikri Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin kollegiya iclasında səsləndirib. Cənab Ələsgərov deyib ki, indiyədək Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 1000-dən artıq şikayət göndərilib.


Fuad Ələsgərov polis zabitlərinə tövsiyə edib ki, fiziki şəxsləri saxlayanda Avropa İnsan Haqları Konvensiyasının tələblərini yerinə yetirsinlər. Belə ki, polis fiziki şəxsin evinə gəldikdə, kimliyini təsdiqləyən və vətəndaşın saxlanması ilə bağlı rəsmi sənəd təqdim etməli, daha sonra onu polis orqanlarına aparmalıdır. Vətəndaş polis bölməsinə getməkdən imtina edərsə, bunu qəsdən tabe olmamaq kimi qiymətləndirmək lazım deyil.


Son bir neçə ayda Avropa Məhkəməsi iki nəfər haqqında Azərbaycan məhkəməsinin çıxardığı hökmün qanunsuz olduğunu müəyyənləşdirib və hökumətdən onlara təzminat ödəməsini tələb edib. Onlardan biri Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğludur. Avropa Məhkəməsi 2003-cü ildə həbs olunarkən polisin onunla kobud davrandığı haqda qərar çıxarıb.


XS
SM
MD
LG