Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:35

Müxalifətçilər azadlığa buraxılıblar


Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun yanvarın 26-da keçirmək istədiyi aksiya zamanı saxlanılanların hamısı azadlığa buraxılıb.


Bu haqda «Azadlıq» radiosuna AXCP-nin mətbuat xidmətinin rəhbəri İshaq Əvəzoğlu məlumat verib. Onun sözlərinə görə, polis bölməsinə aparılanlardan beş nəfər cərimə olunaraq, yerdə qalanlar isə xəbərdarlıq edilərək dünən axşam saatlarında buraxılıblar.


Yanvarın 26-da «Azadlıq» bloku Tarif Şurasının yanvarın əvvəllərindən qiymətləri artırmaq haqda qərarına etiraz olaraq Dövlət Əmlak Komitəsinin qarşısında piket keçirməyə cəhd etsə də, polis buna imkan verməmişdi.


XS
SM
MD
LG