Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:35

İlkin analizlər Dayıkənd sakinində «quş qripi» virusu aşkarlamayıb


2006-cı ildə Azərbaycanda «quş qripi»ndən beş nəfər ölmüşdü
2006-cı ildə Azərbaycanda «quş qripi»ndən beş nəfər ölmüşdü

«Quş qripi»nə yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilən Salyan rayonu Dayıkənd sakinindən götürülən qan nümunələrinin ilkin laborator analizləri onda N5N1 virusunu aşkarlamayıb. Bu barədə «Turan»a Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bildirib.


Ağ Ciyər Xəstəlikləri İnstitutunda tibbi müayinə zamanı Dayıkənd sakininin pnevmoniya xəstəliyinə tutulduğu müəyyən edilib.


Tam dəqiq nəticələr əldə etmək üçün nümunələr Ümumdünya Səhiyyə Təşkilatının referent laboratoriyalarından birinə göndəriləcək


Eyni zamanda, Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov «Azadlıq» radiosuna bildirib ki, Dövlət Baytarlıq Xidməti və Səhiyyə Nazirliyinin mütəxəssisləri həmin kənddə və yaxınlıqdakı qoruqda olublar: «Heç bir xəstə və ya ölü quşa rast gəlinməyib, ona görə də, həmin uşağın «quş qripi»nə yoluxmasını tam təkzib edirik».


2006-cı ilin əvvəlində Azərbaycanda «quş qripi» virusu aşkarlanmış və beş nəfər bu xəstəlikdən ölmüşdü.


XS
SM
MD
LG