Azərbaycan boksunun ən istedadlı nümayəndələrindən biri Ağası Məmmədovun rinqə dönüşü uğursuz alınıb. Uzunmüddətli zədədən sonra rinqə qayıdan Ağası ölkə çempionatında keçirdiyi ilk döyüşdə rəqibini məğlub etsə də, ardından ağrılar hiss edərək ikinci döyüşə çıxmaqdan imtina edib.
Pekin Olimpiadasında Azərbaycanın medal ümidlərindən sayılan boksçunun karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadır.