Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Tbilisidə 100 qram zənginləşdirilmiş uran satmaq istəyən Rusiya vətəndaşı saxlanıb


Gürcüstan hakimiyyəti və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin birgə əməliyyatı nəticəsində Tbilisidə 100 qram 90 faiz zənginləşdirilmiş uran satmaq istəyən Rusiya vətəndaşı saxlanıb. Uranın Gürcüstana Cənubi Osetiya ərazisi ilə gətirildiyi ehtimal olunur. Həbs olunanın adı açıqlanmır.


Gürcüstanın daxili işlər naziri Vanı Merabişivli qeyd edib ki, bu, son illərdə ən ciddi nüvə materiallarının qaçaqmalçılığı hadisəsidir. Onun sözlərinə görə, işin təhqiqatına MAQATE ekspertləri də cəlb olunub.


XS
SM
MD
LG