Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:44

AŞ PA Avropada jurnalistlərə hücumlardan narahatdır


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada jurnalistlərə qarşı hədə və hücum faktlarından ciddi narahatlıq bildirib. Bu haqda Assambleyanın Strasburqda keçirilən qış sessiyasında qəbul olunan «Jurnalistlərin həyat və azadlığına təhlükələr haqqında» adlı qətnamədə deyilir.


AŞ PA Şuraya üzv ölkələri jurnalistlərə hücumların və KİV azadlığına başqa ciddi qəsdlərin səbəblərinin öyrənilməsi üçün xüsusi mexanizm işləyib hazırlamağa çağırıb.


Rusiya nümayəndə heyətinin xahişi ilə Avropa parlamentariləri sənəddən Rusiya parlamentinin Anna Politkovskayanın qətli ilə əlaqədar özünün təhqiqatını aparmaq tövsiyəsini çıxarıblar.


XS
SM
MD
LG