Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:43

ABŞ-ın dünyadakı imici pisləşir


2001-ci ildə Buşun prezidentliyə başladığı dövrə nisbətən indi narazılar daha çoxdur
2001-ci ildə Buşun prezidentliyə başladığı dövrə nisbətən indi narazılar daha çoxdur
Dünyanın 25 ölkəsində 26 minə yaxın adam arasında keçirilən sorğu ABŞ-ın imicinin pisləşməsini aşkarlayıb. Rəyi soruşulanların yalnız üçdə biri Birləşmiş Ştatların dünyadakı rolunu müsbət sayır.

BBC-nin sifarişi əsasında«GlobeScan» şirkətinin keçirdiyi sorğuya görə, bu superdövlətin dünya işlərindəki roluna qlobal baxış ötən iki il boyu yetərincə pisləşib. Vaşinqton İraqa əlavə qoşunlar göndərməyə hazırlaşdığı bir vaxtda ortalama hər dörd nəfərdən üçü onun İraq siyasətini pisləyir. Sorğuya ABŞ-ın xarici siyasətindəki altı məsələ çıxarılıb. Nəticə isə belədir: İraq müharibəsini bəyənməyənlər 73 faiz, Quantanamo məhbusları ilə davranışı pisləyənlər 67 faiz, İsrail-Hizbullah müharibəsində Vaşinqtonun mövqeyini düz saymayanlar 65 faiz, İranın nüvə proqramı ilə bağlı siyasəti düz saymayanlar 60 faiz.

Həmin 25 ölkədən 18-də bənzər rəy sorğuları iki il qabaq da keçirilmişdi. O vaxt həmin ölkələrdə 46 faiz Birləşmiş Ştatların dünaydakı rolunu mənfi sayırdı, indi 52 faiz mənfi sayır. ABŞ-ın dünyadakı işlərini müsbət sayanlar isə o vaxtdan bəri 40 faizdən 29 faizə enib.



«Reaksiyalar təxminən bu yöndədir. Siz qaydalar qoymaq ustasısınız. Amma indi özünüz öz qoyduğunuz qaydaları pozduğunuzdan ikiüzlüsünüz».
Amerikanın dünyadakı rolunu müsbət görənlər Nigeriya və Filippin sakinləridir. Həmin ölkələrdə 72 faiz bu rolu müsbət sayır. Bunun əksini deyənlər arasında isə Almaniya sakinləri liderdir - 74 faiz. Onun ardınca 71 faizlə İndoneziya, 69 faizlə Türkiyə və Fransa gəlir.

Azərbaycanda bu cür sorğu keçirilməyib. Amma iki il əvvəllə müqayisədə yerli mətbuatda Birləşmiş Ştatların dünyadakı rolu ilə bağlı mənfi şərhlər getdikcə daha çox gözə dəyməkdədir.


«FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə: «Bizdə də eyni proseslər gedir. Biz burda sosioloji sorğular keçiririk və Amerikanın nüfuzunun pisləşməsini müşahidə edirik. Respondentdən soruşulurdu ki, hansı ölkələri özünüzə dost sayırsınız, hansı ölkələri düşmən? 90-cı illərin ortalarında dost ölkələr arasında Birləşmiş Ştatları göstərənlər 33 faiz idi. Keçən il keçirdiyimiz sorğuda isə Amerikanı dost ölkə kimi göstərənlər 13 faiz olub».


ABŞ-ın dünyada imicinin pisləşməsinin səbəbi nədir? «Vaşinqton Post» qəzeti Beynəlxalq Siyasət Baxışları Proqramının direktoru Stiven Kulldan belə bir sitat gətirir: «Təkrar-təkrar görsənən bu şey təkcə İraqın acığı deyil». Kullun sözlərinə görə, ümumi məsələ ikiüzlülükdür. O, deyir: «Reaksiyalar təxminən bu yöndədir. Siz qaydalar qoymaq ustasısınız. Amma indi özünüz öz qoyduğunuz qaydaları pozduğunuzdan ikiüzlüsünüz».


Bəs sıravi amerikalı nə düşünür?


«Gallup»ın açıqladığı sorğunun nəticələri bu sualın cavabını tapmağa yardım edə bilər. «Xalqın əhvalı» adlı bu sorğudan belə görünür ki, amerikalıların 35 faizə qədəri ölkədə bu gün baş verənlərdən razıdır. Daha çox narahatlıq isə səhiyyə, ölkəyə immiqrantların gəlməsi, kasıbçılıqla və evsizliklə bağlıdır. Birləşmiş Ştatların dünyadakı roluna gəlincə, 2001-ci ildə Buşun prezidentliyə başladığı dövrə nisbətən indi narazılar daha çoxdur.


Hazırda ölkənin dünyadakı rolundan yalnız 40 faiz razıdır. Ən çox razılıq isə qadınların cəmiyyətdəki rolundandır. 74 faiz bundan razılığını bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG