Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:39

«Geri qayıdan miqrantlara yardım ediləcək»


Müraciət edən miqrant hansı işlə məşğul olmaq istəyirsə, həmin sahəyə yönəldiləcək
Müraciət edən miqrant hansı işlə məşğul olmaq istəyirsə, həmin sahəyə yönəldiləcək
Bugünlərdə yüzə yaxın miqrant Azərbaycana qayıdıb, işlə təmin olunmaq istəyilə Rusiyadakı qərargahlara müraciət ediblər. Rusiyadakı azərbaycanlıların problemlərini öyrənmək məqsədilə yaradılmış Dövlət Komissiyasında İşçi Qrupu isə bu müraciəti nəzərə alaraq həmin miqrantlara yardım ediləcəyini deyir. Qrupun rəhbəri Şakir Səlimov bildirir ki, müraciət edən miqrant hansı işlə məşğul olmaq istəyirsə, həmin sahəyə yönəldiləcək: «Əgər kimsə fermer təsərrüfatı ilə məşğul olmaq, rayonda hasnısa başqa bizneslə məşğul olmaq istəyirsə, biznes planla İqtisadi İnkişaf Nazirliyinə müraciət edə bilər. Kim hansı sahə ilə məşğul olmaq istəyirsə, bizim komissiyada olan müxtəlif nazirliklərin nümayəndələrinə müraciət edəcək».

Lakin miqrasiya sahəsində mütəxəsis olan Əlövsət Əliyevin fikrincə, bu, real deyil: «Bu, çox gülünc bəyənatdır. Rusiyada yaşayan azərbaycanlı Azərbaycanda yaşayan işsiz azərbaycanlıdan heç bir üstünlüyü ilə seçilmir.

Hazırda Rusiyada qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşı Rövşən də deyir ki, o, qayıtdıqdan sonra müəyyən yardım ala biləcəyinə inanmır: «Orda nə yardım edəcəklər bizə? Bura böyük şəhərdi, camaat pulunu qazana bilir».
Dövlət Rusiyada qanunsuz yaşadığı üçün kiməsə kompensasiya ayırsın, amma mənə yox?! Burda bir məntiq görmürəm».


Hələ bir neçə ay əvvəl Rusiya və Gürcüstan arasında olan gərginlik nəticəsində Rusiyada qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşları da geri dönmək məcburiyyətində qalmışdılar. Deməli, Gürcüstan kütləvi miqrasiya ilə Azərbaycandan hələ bir xeyli qabaq üzləşib. Həmin vaxt Gürcüstanda miqrantlarla iş üzrə yaradılmış xüsusi palament komissiyasının üzvi Kaxa Kukavanın dediyinə görə, bu qurum deportasiya olunan insanlara sosial yardım etmirdi: «Bizim komissya yalnız Rusiyadakı Gürcüstan vətəndaşlarının haqlarının pozulması faktlarını öyrənib. Bu ona görə edilirdi ki, sonradan belə faktları Avropa Məhkəməsinə təqdim edə bilək. Lakin mən şəxsən fikirləşirəm ki, komissya sosial məslələrlə də məşğul olmalı idi. Yəqin ki, bizim üçün Azərbaycanın təcrübəsini öyrənmək maraqlı olardı».


Cənab Kukava bildirir ki, Gürcüstanda sosial yardımla bağlı qanun var. Lakin bu, bütün vətəndaşlara aiddir, yalnız deportasiya olunanlara yox. O, deyir ki, Gürcüstan MBD dövlətləri arasında işsizliyə görə, birinci yerdədir və maliyyə cəhətdən böyük çətinlikləri var. Buna görə də, Baş nazir Noğaideli xüsusi sosial yardımın olmaması qərarını verib.


Hazırda Rusiyada qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşı Rövşən də deyir ki, o, qayıtdıqdan sonra müəyyən yardım ala biləcəyinə inanmır: «Orda nə yardım edəcəklər bizə? Bura böyük şəhərdi, camaat pulunu qazana bilir».


Rusiyada işləyən başqa bir Azərbaycan vətəndaşı Cəfərsə bildirir ki, dövlət heç olmazsa, ona fəhləlik etmək imkanı yaratsa, qayıdıb gələr. Amma o, buna bir o qədər də inanmır.


XS
SM
MD
LG