Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:55

Moskvada gürcü millətindən olan şəxs öldürülüb


Moskva Şəhər Prokurorluğu gürcü millətindən olan şəxsin qətli ilə bağlı cinayət işi qaldırıb. Zurab Calaqoniyanın cəsədi bıçaq yaraları ilə yanvarın 22-si axşam küçədə tapılıb. İstintaq qətlin bir neçə versiyasını nəzərdən keçirir.

Gürcüstanın «Rustavi 2» telekanalı mərhumun qohumlarına istinadən bildirib ki, Calaqoniyaya mobil telefonda gürcü dilində danışdığını eşidəndən sonra hücum ediblər.


XS
SM
MD
LG