Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:43

«Bakı» «Birlik kuboku»nda növbəti mərhələyə yüksəlib


Bakının eyniadlı futbol klubu MDB və Baltikyanı ölkələrin çemionlarının ənənəvi «Birlik kuboku»nda növbəti mərhələyə yüksəlib. Yanvarın 23-də Estoniyanın «Levadiya» klubunu Mucirinin bir qoluyla məğlub edən «Bakı»nın dörddəbir final mərhələsində rəqibinin hansı klub olacağı hələlik məlum deyil.


İlk oyunda Moldovanın «Şerif» klubuna məğlub olan «Bakı» ikinci qarşılaşmada Qırğızıstanın «Dordoy-Dinamo» klubunu məğlub etmişdi.


Bu qrupda növbəti mərhələyə həmçinin Moldovanın «Şerif» klubu yüksəlib.
XS
SM
MD
LG