Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:29

«Bu qış Azərbaycanda «quş qripi»nin olması ehtimalı azdır»


Ötən illə müqayisədə bu il Azərbaycanda qış aylarında «quş qripi»nin olması ehtimalı çox azdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov fikrini onunla əsaslandırır ki, qlobal istiləşmə, ətraf ölkələrdə havanın şaxtalı deyil, mülayim keçməsi quşların miqrasiyasının vaxtını uzadır. Cənab Həsənov xatırladır ki, ötən il qışın sərt keçməsi şimal ölkələrindən quşların, o cümlədən xəstə quşların da Azərbaycana köç etməsinə səbəb olmuşdu. Nəticədə çöl quşları ilə qidalanan bir neçə nəfər dünyasını dəyişmişdi.


Amma, bununla belə, «quş qripi» ilə bağlı monitorinqlər davam etdirilir. Hazırda milli qoruqlarda, Xəzər sahilində, şəxsi təsərrüfat və broylerlərdə aparılan monitorinqin həftənin sonunda başa çatacağı gözlənilir.


Ötən il Azərbaycanda quşların H5N1 virusuna yoluxması faktı fevralda məlum olmuşdu. Xəstəlikdən 5 nəfər dünyasını dəyişmişdi.


XS
SM
MD
LG