Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

İTV-nin saytı bərpa olundu


İTV-nin saytı ilə bağlı günün sonunadək araşdırmaların başa çatacağı gözlənilir

Yanvarın 22-də erməni hakerləri tərəfindən dağıldığı bildirilən İctimai Televiziyanın (İTV) saytı artıq bərpa olunub. Ancaq, saytı dağıdanların kimliyi hələlik dəqiqləşdirilməyib. Mütəxəssislər bir neçə yöndə araşdırmalar aparırlar, ölkə daxilində və xaricində müxtəlif mənbələri yoxlayırlar.


İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov deyir ki, günün sonunadək araşdırmaların başa çatacağı gözlənilir.


Yanvarın 22-də İTV-nin saytını dağıdanlar son vaxtlar kimliyi onlara bəlli olan azərbaycanlı hakerin bu ölkənin dövlət saytlarını və elektron poçtlarını dağıtdığını iddia edərək onu bu əməllərə son qoymağa çağırırlar.


MTN bu yöndə araşdırmalara başladığını bildirmişdi.


XS
SM
MD
LG