Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 22:52

Aslan Abaşidze 15 illik həbs aldı


Acarıstan Respublikasının keçmiş başçısı Aslan Abaşidze 15 illik həbs cəzasına məhkum edilib və o, Gürcüstanın dövlət büdcəsinə 50 milyon dollar ödəməlidir.

«İnterfaks» xəbər verir ki, hökmü qiyabi olaraq Batumi məhkəməsi çıxarıb. Abaşidze dövlət vəsaitini mənimsəməkdə və xidməti səlahiyyətlərini aşmaqda təqsirli bilinib.


Aslan Abaşidze Acarıstan Ali Şurasının sədri vəzifəsindən Gürcüstanda «qızıl gül» inqilabından sonra, 2004-cü ilin mayında kənarlaşdırılıb. Hazırda onun Rusiyada yaşadığı güman olunur.


XS
SM
MD
LG