Yanvarın 19-da Gəncədəki «N» saylı hərbi hissənin 15-dən çox əsgərinin qida məhsullarından zəhərləndiyi bildirilir.
Gəncə şəhər Hərbi Hospitalından adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, hazırda dörd nəfər zəhərlənmə diaqnozu ilə hospitala yerləşib və vəziyyətləri normaldır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə iş günü olmadığı üçün məlumat verə bilməyəcəklərini bildirdilər.