Şəkli qətlin törədildiyi küçədə quraşdırılan izləmə kamerası çəkib. Polis istintaqa yardım xahişi ilə ictimaiyyətə müraciət edib.
Hökumət nümayəndəli bildiriblər ki, iş üzrə hələlik heç kim həbs olunmayıb – bir gün əvvəl saxlanılan üç nəfər buraxılıb.
53 yaşlı Hrant Dink yanvarın 19-da İstanbulda qətlə yetirilib. Jurnalist Osmanlı İmperiyasında ermənilərin soyqırımına məruz qalmaları ilə bağlı yazılar çap etdirdiyi üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Türk millətçiləri tez-tez onu divan tutmaqla hədələyirdilər.
Türk ermənilərinin ruhani lideri patriarx Mesrob Hrant Dinkin ölümü ilə bağlı 15 günlük matəm elan edib.
Avropa Birliyi, Birləşmiş Ştatlar və Ermənistan qətli pisləyiblər.