Xocalı faciəsilə əlaqədar istintaq davam edir. 30-a yaxın adam Interpol xəttilə beynəlxalq axtarışdadır. Bu barədə jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib.
1992-ci il fevralın 26-da erməni birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı alayının dəstəyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşadığı Xocalı şəhərini işğal ediblər. Həmin hadisədə 1000-ə yaxın adam qətlə yetirilib.