Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:59

Yanvarın sonu həmsədrlər regiona səfər edəcəklər


Yanvarın sonu ATƏT-in Minsk Qrupunun həmsədrləri -Yuri Merzlyakov, Mətyu Brayza və Bernar Fasye regiona səfər edəcəklər. ABŞ-ın Bakıdakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna bildirib ki, səfər yanvarın 23-25-i arası gerçəkləşəcək. Ancaq həmsədrlərin ilk növbədə hansı ölkəyə gələcəyi hələ məlum deyil.


Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə deyir ki, səfərin vaxtı barədə onlarda dəqiq məlumat yoxdur. Məlum olan odur ki, səfər yanvarın 23-dən, yəni Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada keçiriləcək görüşündan sonra gerçəkləşəcək.


Həmsədrlər regiona «Praqa prosesi»ni inkişaf etdirmək məqsədilə gəlirlər. Onlar tərəflərin fikirlərini bir-birinə çatdırıb, növbəti addımları müəyyənləşdirməyə çalışacaqlar.


XS
SM
MD
LG