Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

İran həbsxanalarındakı Azərbaycan məhbuslarının vəziyyəti ağırdır


İranda azərbaycanlı məhbusların dözülməz şəraitdə saxlanıldığı bildirilir
İranda azərbaycanlı məhbusların dözülməz şəraitdə saxlanıldığı bildirilir

İranda Azərbaycan məhbuslarının vəziyyəti haqda məlumat yayan qurumlar, o cümlədən Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası, Azərbaycan Məhbuslarının Müdafiə Komitəsi, həmçinin «Savalan Səsi», «Haqq» və digər informasiya mənbələri Ərdəbil və Urmiyə həbsxanalarında saxlanılan fəalların ağır şəraitdə olduğunu bildirərək, bu haqda beynəlxalq insan hüquqları təşkilatlarına müraciət ediblər.


Həmin məlumatlara əsasən Ərdəbil həbsxanasında yanvarın 1-dən aclıq aksiyasında olan tanınmış fəal Abbas Lisani səhhəti ciddi təhlükə qarşısındadır. Yanvarın 18-də onunla qısa telefon danışığı apara bilən ailə üzvləri məhbusun soyuqdan şikayət etdiyi və saxlanıldığı biradamlıq kameranın 10 dərəcə şaxta olduğunu bildirib.


Həbsdə ikən evini ziyarət etmək hüququnun pozulmasına etiraz olaraq aclıq edən Lisaninin kameranın kiçikliyi və havanın soyuqluğundan hərəkət edə bilmədiyi, qan təzyiqinin aşağı düşdüyü və təngnəfəs olduğu bildirilir. Lakin o, şəraitinin ağır olmasına baxmayaraq ölümə qədər aclıq aksiyasını dayandırmayacağını bildirib.


Ərdəbil həbsxanasında saxlanılan başqa bir fəal – 19 yaşlı Bəhruz Əlizadənin məhbəsin birinci bölümünə köçürüldüyü bildirilir. Ərdəbil zindanının birinci bölümü isə təhlükəli cinayətkarlar və narkomanlara saxlanıldığı bölümdür. Son bir ildə üç dəfə həbs olunan və hazırda Ərdəbil zindanında məhkəməsini gözləyən bu gənc fəalın ailəsinə ona 3 il həbs və 3 il sürgün cəzası kəsiləcəyi barədə şifahi məlumat verilib.


Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani «Amerikanın Səsi»nə verdiyi müsahibədə bildirib ki, ailəsinin yeganə qazanc mənbəyi olan Bəhruz Əlizadənin həbsindən sonra onun ailəsi ehtiyac içində yaşayır.


Digər fəal – Elyaz Yekanlı təxəllüsü ilə yazılar yazan Əli Xodabəxşinin durumunun da ağır olduğu bildirilir. Bir neçə həftə Təhlükəsizlik Nazirliyi «İttilaat»ın təcridxanasında saxlandıqdan sonra Əli Xodabəxşini Urmiyə zindanının siyasi bölməsinə keçiriblər.


Təxminən 4 ay Təbrizin «İttilaat» təcridxanası və Mərənd şəhərinin «Qırxlar» zindanında ağır şəraitdə saxlanıldıqdan sonra noyabrın 2-də azad edilən azərbaycanlı fəal Əli Xodabəxşi yenidən dekabrın 12-də «21 Azər» mərasimi zamanı Urmiyə şəhərində nəzarət altına alınmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG