Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 15:43

Vərəmlə mübarizə üçün yalnız xeyriyyəçi yardımı kifayət deyil


Həkim vərəmli xəstənin ağ ciyərini müayinə edir
Həkim vərəmli xəstənin ağ ciyərini müayinə edir

Bir il əvvəl Bill Qeytsin xeyriyyə fondu Vərəm Əleyhinə Qlobal Planın işlənib hazırlanmasına 900 milyon dollar ayırmışdı. Planda məqsəd 2015-ci ilə qədər 14 milyon nəfərin vərəmdən ölməsinin qarşısını almaqdır.


Amma, Nyu-Yorkda konfransa toplaşan «Sərhədsiz Həkimlər» cəmiyyətinin ekspertlərinin fikrincə, vərəmlə səmərəli mübarizə üçün yalnız xeyriyyəçilərin yardımı kifayət deyil. Ekspertlərin hesablamalarına əsasən, Qlobal Planın müvəffəqiyyəti üçün qarşıdakı 10 il ərzində ən azı 56 milyard dollar tələb olunur. Təkcə yeni vaksin və dərmanların axtarışına hər il ən azı 1 milyard dollar xərcləmək lazımdır.


Vərəm – ağ ciyərləri ölümcül dağıdan infeksion xəstəlikdir. Dünyada vərəmə hər il 9 milyon insan yoluxur, onların da 2 milyonu ölür. Xəstəliyi bir neçə aya antibiotiklərlə müalicə etmək mümkündür. Amma, indi 4 xəstədən biri dözümlü mikroblarla tutulur ki, dərmanlar onlar qarşısında acizdir.


Dərman preparatlarının siyahısı da kasaddır. Konfrans iştirakçılarından doktor Şon Anqeqer deyir ki, hazırda vərəm əleyhinə cəmi 7 preparat hazırlanır. Müqayisə üçün, ürək xəstəliklərinə qarşı hazırda 149, QİÇS əleyhinə isə bir yeni dərman hazırlanır.


XS
SM
MD
LG