Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:48

«Moskva yenidən qafqazlıların ovuna çıxıb»


Moskvanın bütün bazarlarında yoxlamalar çoxalıb, müvafiq sənədləri olmayan bütün tacirləri ölkədən çıxarırlar
Moskvanın bütün bazarlarında yoxlamalar çoxalıb, müvafiq sənədləri olmayan bütün tacirləri ölkədən çıxarırlar
Fransanın «Liberation» qəzetinin «Moskva yenidən qafqazlıların ovuna çıxıb» başlıqlı məqaləsində bildirilir ki, Moskvanın bütün bazarlarında yoxlamalar çoxalıb, müvafiq sənədləri olmayan bütün tacirləri ölkədən çıxarırlar.

15 il qabaq Moskvaya gələn moldovalı qadın Radka deyir: «Yanvarın 15-dək miqrasiya xidmətləri bizə iş üçün icazə vermək istəmirdilər. Amma, bu tarixdən etibarən bizdə lazımi sənədlər olmalıdır! Hətta biz-bazarlarda alver edənlər iş üçün icazə ala bilsək, burada yalnız aprelin 1-dək işləyə biləcəyik».


«Amma, ruslar işləmək istəmir!» – deyə bazarda iki kiçik ticarət köşkünün sahibi olan 36 yaşlı Əli bildirir: «Mən onları işə götürməyə artıq cəhd etmişəm. Biri pulu özü ilə aparıb getdi, ikincisi işə sərxoş gəlməsinə baxmayaraq, yüksək əmək haqqı tələb edirdi».


Azərbaycandan olan Əli və onun bazarda qalan başqa bir çox həmkarları artıq çoxdan Rusiya vətəndaşlığı alıblar. Ancaq, onlar «əcnəbi» qalan işçiləri və qohumlarının taleyindən narahatdırlar: «Rusiya pasportu almaq üçün çoxlu sayda sənəd toplamaq və ən azı 3 min dollar lazımdır» – deyə moldovalı satıcı Radka qüssə çəkir: «İndiyədək nə mən, nə də Moskvada bənna işləyən ərimin sənədi yoxdur. Ərimi artıq iki dəfə saxlayıblar. Birinci dəfə onun bütün əmək haqqını əlindən alıblar, ikinci dəfə isə mobil telefonunu vermək məcburiyyətində qalıb. Bundan sonra başımıza nə gələcəyini deyə bilmirəm».


Bir çox əcnəbi jurnalistlər, o cümlədən «France internationale» radiosunun Moskvadakı müxbiri Jan Frederik Somon da deyəsən, miqrasiya haqqında yeni Rusiya qanunlarının qurbanı olub. Daxili İşlər Nazirliyi və miqrasiya xidmətinin ziddiyyətli tələbləri üzündən müxbir müddəti yanvarın 16-da başa çatan vizasını vaxtında uzada bilməyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG