Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Litva Sovet işğalına görə Rusiyadan kompensasiya tələb edir


Sovet qoşunları Vilnyusda, 17 yanvar 1991
Sovet qoşunları Vilnyusda, 17 yanvar 1991
Litva parlamenti Rusiyanı Sovet işğalının ölkəyə vurduğu ziyanın ödənilməsi ilə bağlı məsləhətləşmələrə başlamağa çağırıb. Deputatların müzakirəsinə iki qətnamə layihəsi təqdim olunub.

Parlamentin mühafizəkarlar qanadının təqdim etdiyi birinci qətnaməyə əsasən, Litva hökumətinə təklif olunur ki, Vilnyusda 1991-ci ilin yanvar hadisələri zamanı ölənlərin yaxınları və zərərçəkənlərə kompensasiya ödənilməsi ilə bağlı Rusiyaya rəsmən müraciət etsin.


Sosial demokratların irəli sürdüyü ikinci sənəddə isə bütün işğal dövrünə görə, dəyən ziyanın ödənilməsi istənir.


Nəticədə deputatların əksəriyyəti ikinci qətnamə variantına səs veriblər və SSRİ-nin xələfi kimi Rusiya Federasiyasını işğalın vurduğu ziyanın əvəzinin ödənilməsi üçün Litva hökuməti ilə məsləhətləşmələrə başlamağa çağırıblar. Litva dəymiş ziyanı 80 milyard lit – 20 milyard avro dəyərində qiymətləndirir. Rusiya bu məsələyə dair danışıqlar aparmaqdan imtina edir.


XS
SM
MD
LG