Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 14:15

Kondopoqada dava ilə bağlı işə baxılır


Petrozovodskda 2006-cı ilin avqustunda Kondopoqa şəhərində baş vermiş dava ilə bağlı ilkin dinləmələr keçirilir.

Serqey Mozqalyov və Yuri Pliyev «Çayka» restoranının barmen və inzibatçısını döyməkdə təqsirləndirilirlər. Hər ikisinə xuliqanlıq və xəsarət yetirmə maddəsi ilə ittiham irəli sürülüb.


Ötən ilin avqustunda restoranda qəsdən dava törədilib. İki yerli sakin qətlə yetirilib. Şəhərdə Qafqazdan olanlara qarşı yönəlmiş kütləvi iğtişaşlar başlayıb.


XS
SM
MD
LG