Terrorçular Rusiyada ictimai nəqliyyata, metroya hücum etmək istəyirlər. Məlumatı xəbər agentlikləri Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən yayıblar. Xəbər FTX-yə xarici mənbələrdən sızıb. Xidmətin direktoru Nikolay Patruşev əhaliyə və dövlət rəsmilərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Patruşev eyni zamanda məlumatı yoxlamaq və ölkədə müdafiə tədbirlərini gücləndirmək üçün təhlükəsizlik orqanlarına göstəriş verib.
Son bir neçə ildə Rusiyada iki terror hadisəsi olub. Çeçen separatçıları bir dəfə Moskvanın mərkəzində kinoteatra, daha sonra Beslan rayonundakı məktəbə hücum ediblər.