Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

«Azadlıq» bloku şəhərin on yerində aksiya keçirməyi planlaşdırır


«Azadlıq» siyasi partiyalar bloku Tarif Şurasının qiymətləri qaldırması ilə bağlı yanvarın 26-da Bakının on yerində etiraz aksiyası keçirəcək. Bu barədə qərar blokun sədrlər şurasının yanvarın 16-da keçirdiyi toplantısında verilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası mətbuat xidmətindən verilən məlumata görə, «Azadlıq» blokunun mitinq komitəsi aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu hazırlayır.


AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Sədrlər Şurası blokun əvvəlki qərarına uyğun olaraq qiymətlərin kütləvi şəkildə artırılmasına etiraz məqsədi ilə ümumxalq etirazını nümayiş etdirmək üçün paytaxtın mərkəzi rayonlarında mitinq keçirilməsində israrlıdır.


Yanvarın 8-də Tarif Şurası neft məhsullarının, elektrik enerjisinin, təbii qazın, suyun və bir sıra xidmətlərin qiymətini qaldırdıqdan bir neçə gün sonra «Azadlıq» siyasi blokunun rəhbərləri yığışaraq vəziyyəti müzakirə etmişdilər. Həmin müzakirə zaman qiymət artımına qarşı kütləvi etiraz aksiyaları keçirmək barədə təkliflər səslənmişdi.


XS
SM
MD
LG