Ümumiyyətlə, bölgədə miqrasiya prosesinin yüksək olması xəstəliyin yayılmasının əsas səbəblərindən biri hesab edilir. Bu yaxınlarda «Soros» - Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə Rusiyada təcrübə keçən QHT rəhbərlərinin sözlərinə görə isə, səbəblərdən biri də venadaxili narkotiklərdən istifadə zamanı gigiyenik qaydalara əməl olunmamasıdır. Təşkilat rəhbərlərinin məlumatına görə, Naxçıvanda narkomanlar arasında QİÇS-in yayılma səviyyəsi hələ ki, aşağıdır. Bölgədə xəstəliyin yayılmaması üçün isə çıxış yolu kimi əhali arasında maarifləndirici tədbirlərin keçirilməsi göstərilir. Bu məqsədlə də «Ziyalı Cənclər» İctimai Birliyi MR–də QİÇS-lə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliği məqsədilə geniş məlumatlandırma kampaniyasına başlayıb. Təşkilatın rəhbəri Elman Abdullaoğlu deyir ki, kampaniya əsasən risk qruplarının daha çox cəmləşdiyi yerlərdə həyata keçirilir.
Naxçıvanda QİÇS-ə yoluxmuş 14 nəfər qeydə alınıb

Naxçıvanda QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxan 14 nəfər qeydə alınıb. Onlardan ikisi atıq dünyasını dəyişib. Xəstəliyə yoluxanların yaş həddi 25-45 arasındadır. Bölgədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) araşdırmaları isə belə şəxslərin sayının daha artıq ola biləcəyi ehtimalını təsdiqləyir. «Ziyalı Gənclər» İctimai Birliyinin rəhbəri Elman Abdullaoğlu deyir ki, qeyd olunan 14 nəfər yalnız Muxtar Respublika (MR) QİÇS Mərkəzində rəsmi qeydiyyata alınanlardır. Qeyri-rəsmi isə bu rəqəmi artırmaq mümkündür. Təşkilat rəhbərinin sözlərinə görə, bir neçə ictimai təşkilatla birgə aparılan araşdırmalar zamanı aydın olub ki, xəstəliyə yoluxanların ailələrinin belə, bu bəlanın törədə biləcəyi nəticələrdən ətraflı məlumatları yoxdur. Digər halsa odur ki, xəstəliyə yoluxanlar bir müddət bundan xəbərsiz olublar, yalnız bəzi narahatçılıqlardan sonra qan analizləri götürülərkən onlarda sözügedən virus aşkarlanıb. Cənab Abdullaoğlu onu da bildirir ki, virus daşıyıcılarının təxminən yarısı Rusiyada işləyənlərdir.
Azadlıq Trend
1