Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində memorandum imzalanıb


Yanvarın 15-də Bakıda Azərbaycan Təhsil Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Ali Təhsil Nazirliyi arasında «Elm və təhsil sahəsində əməkdaşlıq haqqında» memorandum imzalanıb. Azərbaycanın Təhsil naziri Misir Mərdanovla Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil naziri Xalid Məhəmməd əl-Ənqarinin birgə keçirdiyi mətbuat konfransında imzalanmış sənədin iki ölkə arasında ali təhsil sahəsində əlaqələrə təkan verəcəyi, dövlətlərin marağını əks etdirən tələbə mübadiləsinin aparılacağı bildirilib.


XS
SM
MD
LG