Yanvarın 13-də Tovuz rayonu Qovlar stansiyası yaxınlığında Bakıdan Gürcüstana hərəkət edən yük qatarının qəzaya uğramasının səbəbi vaqonlardan birinin oxunun qırılmasıdır.
Qərb İstiqamətində Dəmir Yol Daşınma İdarəsinin rəis müavini Füzuli Kərimov bildirir ki, qəzaya uğrayan vaqonlar yenicə təmirdən çıxıb: «Bundan öncə isə qırılmış təkər 1962-ci ildə Rusiyada təmir olunub. Hadisə təkərin qırılması nəticəsində baş verib».
Dəmir Yolu İdarəsindən isə bildirirlər ki, öncə birtərəfli xəttin bərpasına başlanılacaq. Bundan sonra isə dəmiryol xəttində hərəkət bərpa olunacaq.