Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:21

İran İraqda saxlanan vətəndaşlarının azad olunmasını tələb edir


İranlılar ötən cümə axşamı İranın Ərbildəki ofisində keçirilmiş reyd zamanı həbs olunublar
İranlılar ötən cümə axşamı İranın Ərbildəki ofisində keçirilmiş reyd zamanı həbs olunublar
İran İraqda saxlanan 5 iranlının təcili azad olunmasını tələb edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bildirib ki, onların beşinin hamısı konsulluqda çalışırdılar.


Amerika hərbçiləri isə onların İran İnqilab Qvardiyası ilə əlbir olduqlarını deyirlər.


Onlar ötən cümə axşamı İranın Ərbildəki ofisində keçirilmiş reyd zamanı həbs olunublar. Əməliyyatı Amerika hərbçiləri keçirib.


Birləşmiş Ştatlar İranı İraqda şiə yaraqlılarına təlim keçmək və onları silahla təchiz etməkdə təqsirləndirir.


Yaxın Şərqdə səfərdə olan ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, Vaşinqton Tehranın İraqdakı silahlı qrupları himayə etməsinə yol verməyəcək.


XS
SM
MD
LG