Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:16

Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolunun çəkilişinin maliyyələşdirilməsinə dair ilkin razılıq əldə olunub


Yanvarın 13-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolunun tikintisinin maliyyələşdirilməsinə dair ilkin razılıq əldə ediblər.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov «Azərtac» agentliyinə bildirib ki, çərçivə sazişinin və hökumətlərarası maliyyə-kredit ayırmalarına dair sənədlərin bütün bəndləri müzakirə olunub, sənədlər üzrə ilkin razılıq əldə edilib. Hökumət başçıları bu sənədlərlə tanış olacaq, sonra onların hansı qurum tərəfindən imzalanmasına icazə verəcək.



Gürcüstanın qeyri-rəsmi mənbələrinə əsasən, Azərbaycan hökuməti dəmiryolu xəttinin Gürcüstanda artıq mövcud olan hissəsinin yenidən qurulması və Türkiyəyə qədər uzadılması üçün 220 milyon dollar vəsait ayıracaq.


Tərəflər Gürcüstan ərazisindəki tikinti işlərinin 2007-ci ilin ikinci rübündə başlanacağı barədə razılığa gəliblər. Dəmiryolunun iki-üç ilə istismara veriləcəyi gözlənilir.


Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla bu rəqəmin 600 milyon dollar olması güman edilir. ABŞ şirkətlərinin layihənin maliyyələşdirilməsində iştirakı qadağan edilib. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolunun tikintisi üzrə bəyannamə 2005-ci ilin mayında hər üç ölkənin prezidentləri tərəfindən imzalanıb.


XS
SM
MD
LG