Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 18:27

Tovuzda yük vaqonları aşıb


Hadisə yerinə əlavə qüvvələr cəlb olunur
Hadisə yerinə əlavə qüvvələr cəlb olunur
Yanvarın 13-ü saat 13:20 radələrində Tovuz rayonu Qovlar stansiyası yaxınlığında Bakıdan Gürcüstana hərəkət edən yük qatarının 3 vaqonu dəmiryol xəttindən çıxaraq aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, qəza nəticəsində təxminən 25 – 30 ton xam neft ətrafa dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Hadisə yerinə əlavə qüvvələr cəlb olunur.


Təhlükəsizliklə əlaqədar dəmiryolunda hərəkət müvəqqəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


XS
SM
MD
LG