Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:10

Səhiyyə Nazirliyi qadağan olunmuş dərman preparatlarının siyahısını elan edib


Səhiyyə Nazirliyi 2006-cı ildən tibbi istifadədə qadağan olunmuş dərman preparatlarının siyahısını elan edib.

12 dərmanın yer aldığı siyahıda «Panadol Baby» 125 mq şamın 6042, 6048 seriyaları, «Teraflu» tozun 456 seriyası və «Multitop» həbinin 2400 seriyası da var. Bu preparatların yararsızlığı Səhiyyə Nazirliyinin təchizat və innovasiya mərkəzinin apardığı laborator araşdırmalar nəticəsində məlum olub.

Nazirlik eyni zamanda qeyd edir ki, eyni adlı preparatların o biri seriyaları istifadə oluna bilər. Qadağa yalnız siyahıda göstərilən seriyadan olan preparatlara aiddir.


XS
SM
MD
LG