Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

ABŞ Belarusa qarşı sanksiyaları sərtləşdirir


ABŞ prezidenti Corc Buş Belarusa qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun imzalayıb.

Bundan əvvəl Konqresin də təsdiq etdiyi qanun Belarusa kredit verilməsi və Birləşmiş Ştatlardan bu ölkəyə əksər məhsulların ixracını qadağan edir.


Qanunda həmçinin Belarus müxalifəti və bu ölkədəki müstəqil mətbuata maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.


Bundan başqa, Belarusda həbsdə olan siyasi məhbusların azad edilməsi tələb olunur və ötən ilin martında keçirilmiş prezident seçkilərinin nəticələri tanınmır.


XS
SM
MD
LG