Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 14:31

ATƏT 2007-ci ildə «donmuş münaqişələr»in həllinin mümkünlüyünü istisna etmir


Miqel Anhel Moratinos, dekabr 2006
ATƏT 2007-ci ildə keçmiş Sovet məkanındakı «donmuş münaqişələr»in həllinin mümkünlüyünü istisna etmir.

Təşkilatın yeni sədri -- İspaniyanın Xarici İşlər naziri Miqel Anhel Moratinos qeyd edib ki, istənilən həll ehtiyatlı və real olmalıdır.


Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinə toxunan ATƏT sədri qeyd edib ki, bu münaqişələri həll etmək üçün sehrli çubuq yoxdur.


Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Anhel Moratinos Minsk Qrupunun danışıqlarda müsbət irəliləyişə nail olmasından razı qaldığını deyib. Amma o, qeyd edib ki, yaxın zamanlarda münaqişənin həllində möcüzə gözləmək düzgün olmazdı.


XS
SM
MD
LG